Deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

Hazırda oxunan: Deputatlar ATƏT PA-nın qış sessiyasında iştirak edəcək

61224

Fevralın 24 və 25-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) hibrid formatda qış sessiyası keçiriləcək.

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti, deputat Azay Quliyev sessiyada iştirak etmək üçün fevralın 22-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

Tədbirə parlamentin komitə sədri Tahir Mirkişili, deputatlar Ağalar Vəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə və Tural Gəncəliyev onlayn şəkildə qoşulacaqlar.

Sessiyada ATƏT PA-nın ümumi komitələrinin və xüsusi nümayəndələrinin hesabatları təqdim ediləcək, beynəlxalq siyasi vəziyyət müzakirə olunacaq, təşkilatın növbəti dövr üçün fəaliyyət planı təsdiq ediləcək.
Deputatlarımız gündəlik üzrə müzakirəyə çıxarılan məsələlərlə bağlı ölkəmizin mövqeyi baxımından fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO