Avstriya dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərdi

Avstriya dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərdi

Hazırda oxunan: Avstriya dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərdi

61144

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. 

Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafını çox qənaətbəxş hesab edir və bu əlaqələr qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. 

Ümidvaram ki, biz birlikdə ölkələrimiz arasındakı dostluq əlaqələrini siyasi, iqtisadi və mədəni müstəvidə daha da dərinləşdirə və inkişaf etdirə biləcəyik. 

Sizə dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına gözəl və firavan gələcək arzulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO