“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”.
Bizim.Media İran mətbuatına istinadla xəbər verir ki, bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışında deyib.
''Azərbaycan ərazilərinin azad edilməsi, ilk növbədə “Xudafərin” su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəlidir''.
''Artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst şəkildə istifadə edəcəyik. Bu bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu da mühüm addımdır'',- deyə İran Prezidenti vurğulayıb.
O qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsinin həm dəmir yolları, həm də tranzit sahəsində İran üçün müsbət təsiri olacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:51 / 23.12.2020
Ruhani: ''Azərbaycan ərazilərinin azad edilməsi İran üçün müsbət oldu''
Hazırda oxunan: Ruhani: ''Azərbaycan ərazilərinin azad edilməsi İran üçün müsbət oldu''
Hazırda oxunan: Ruhani: ''Azərbaycan ərazilərinin azad edilməsi İran üçün müsbət oldu''
6093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.