Xarici İşlər Nazirliyi (XİN) qurumda diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.
Bizim.Media xəbər verir ki, 2022-ci il yanvarın 23-də XİN-də diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub.
MÖVZU İLƏ BAĞLI:
XİN-in imtahanda zəif nəticə göstərən 13 nəfərin balı ARTIRILDI
"İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, - qeyd olunub.
Bizim.Media