"Azərbaycan Prezidentinin Gürcüstana səfəri bizim üçün və ümumilikdə bütün Cənubi Qafqaz regionu üçün son dərəcə mühüm, hətta deyərdim ki, taleyüklü xarakter daşıyır".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında gürcü politoloq Gia Xuxaşvili deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana səfərini şərh edən analitik, region ətrafında baş verən gərginliklər fonunda səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib:
"Bu, xüsusilə bugünkü sürətlə dəyişən və qeyri-sabit dünyada daha böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz artıq uzun illərdir ki, vahid geosiyasi zəncirin ayrılmaz hissəsinə çevrilib və maraqlarımız demək olar ki, tam üst-üstə düşür. İlham Əliyev elə bir liderdir ki, öz müdrikliyi və cəsarəti ilə bütün dünyaya sübut edib ki, milli maraqlara sadiq qalaraq istənilən problemi həll etmək mümkündür".
Analitik bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətindəki təcrübəsi Gürsüstan üçün örnəkdir:
"O cümlədən dövlətin ərazi bütövlüyünün bərpası kimi mürəkkəb bir məsələni də uğurla həll etmək mümkündür. Oxşar çağırışlar bizim qarşımızda da dayanır və müasir dövrün bu görkəmli liderinin tövsiyələri bizim üçün xüsusi əhəmiyyət daşıyır".
Xuxaşvili əlavə edib ki, səfəri həm də önəmli edən səbəb nəqliyyat dəhlizləri ilə bağlı müzakirələrdir:
"Cənubi Qafqaz dəhlizinin inkişafı istiqamətində ümumi missiyamızın gücləndirilməsi baxımından, alternativ təhlükəsiz yolların faktiki olaraq az olduğu bir şəraitdə bu səfər xüsusi önəm kəsb edir. Bu məsələlərdə Azərbaycan şübhəsiz lider mövqeyindədir. Regionun həm Gürcüstan üzərindən, həm də Zəngəzur dəhlizi vasitəsilə hər iki istiqamətdə dinamik inkişafı məhz sizdən asılıdır".
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:15 / 07.04.2026
Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL
Hazırda oxunan: Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL
Hazırda oxunan: Gürcü politoloq: “İlham Əliyev kimi görkəmli liderin tövsiyələri bizim üçün xüsusi önəm daşıyır” - ÖZƏL
605570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































