ABŞ Prezidenti Donald Tramp İrana qarşı savaşda müttəfiqlərindən kömək istəyir. O, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi üçün NATO-ya üzv olan və olmayan ölkələrdən ibarət koalisiya yaratmaq istəyir. Belə ki, Tramp NATO-dakı müttəfiqlərini İran ətrafında yaranmış gərginlikdə Vaşinqtona dəstək verməyə çağırıb və əks halda alyansın gələcəyinin sual altına düşəcəyi ilə hədələyib.
ABŞ Prezidenti ilk növbədə Böyük Britaniya, Fransa, Çin, Koreya Respublikası, Yaponiyanı bu addımı atmağa çağırıb.
“The Telegraph” qəzetinin məlumatına görə, Almaniya və Böyük Britaniya ABŞ-nin Hörmüz boğazının açılması ilə bağlı planlaşdırdığı əməliyyatda iştirak etməkdən imtina edib. Digər ölkələrdən isə hələlik reaksiya yoxdur.
Aydın məsələdir ki, Trampın bu çağırışına NATO-nun dəstək verməsi həmin ölkələrin də savaşa qoşulmasına və İranın hədəfinə tuş gəlməsinə səbəb olacaq.
Savaş qlobal müstəviyə keçir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, müharibənin qlobal müstəviyə keçməsi ehtimalı sıfıra bərabərdir:
O düşünür ki, NATO ölkələri tam əksəriyyətlə Trampın Hörmüzlə bağlı koalisiya qurmaq çağırışına müsbət cavab verməyəcək:
“ABŞ Prezidenti Donald Trampın bu müraciəti öz qüvvəsilə İranı ram etməyə qadir olmadığını göstərir. NATO prosesə qoşulması isə başının bəlaya salınması demək olacaq. Digər tərəfdən, burada təmsil olunan ölkələrin hərbi imkanları elə də çox deyil. Yalnız Fransa və İngiltərə müharibəyə qoşulub. İran buna görə onların bir sıra hərbi bazalarına zərbələr də endirib. Amma təşkilata üzv olan digər ölkələr prosesə qoşulmayacaqlar. Bu əsasda Vaşinqtonla Madrid arasında ziddiyyətlər də yaranıb. İspaniya Trampın addımına qarşı çıxır”.
Ekspert bildirir ki, Hörmüz boğazını hərbi qüvvə ilə yarmaq qeyri-mümkündür:
“Ona görə də Trampın NATO ölkələrinə çağırışı sadəcə təbliğat məqsədi daşıyır. Heç bir NATO ölkəsi Hörmüzdə koalisiya qurmaq ideyasına dəstək verməyəcək. Onlar vaxtilə İraq, Əfqanıstan məsələsində birgə iştirak etmişdilər. Amma indi bu baş verməyəcək. Çünki onlar anlayırlar ki, prosesə NATO-nun cəlbi savaşın qlobal müstəviyə keçməsinə səbəb ola bilər. Ona görə də mütləq əksəriyyəti prosesdən kənar qalacaq. Nəticədə savaş qlobal müstəviyə keçməyəcək”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:00 / 17.03.2026
Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO İrana qarşı savaşa QOŞULUR?
Hazırda oxunan: Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO İrana qarşı savaşa QOŞULUR?
Hazırda oxunan: Trampdan dünyanı qorxuya salan BƏYANAT – NATO İrana qarşı savaşa QOŞULUR?
601843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































