Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışdı

Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışdı

Hazırda oxunan: Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışdı

600558

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik vəziyyəti və artan gərginlik ətrafında fikir mübadiləsi aparılıb, hərbi eskalasiya fonunda son hadisələrin yaratdığı risklər və onların regional sabitliyə təsirləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qınayıb, qardaş Türkiyə xalqına dəstəyini ifadə edib.

Hərbi eskalasiyanın daha da genişlənməsinin arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyi qeyd edilərək, gərginliyin azaldılması və dialoq mühitinin təşviqi istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Qarşıdurma zamanı qonşu ölkələrə qarşı hücumların və suveren dövlətlərin ərazi bütövlüyünə yönəlmiş hər hansı addımların qəbuledilməz olduğu xüsusi vurğulanıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib, bu çərçivədə iki ölkə arasında qarşılıqlı məsləhətləşmələrin və regional məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO