Rumıniyanın xarici işlər nazirindən Ceyhun Bayramova TELEFON ZƏNGİ – Müzakirə olunan məsələlər

Rumıniyanın xarici işlər nazirindən Ceyhun Bayramova TELEFON ZƏNGİ – Müzakirə olunan məsələlər

Hazırda oxunan: Rumıniyanın xarici işlər nazirindən Ceyhun Bayramova TELEFON ZƏNGİ – Müzakirə olunan məsələlər

600540

Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib.
 

Tərəflər bölgədə mövcud təhlükəsizlik vəziyyəti, xüsusilə Yaxın Şərqdə gərginliyin artması fonunda yaranmış risklər barədə danışıblar. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumu barədə qarşı tərəf məlumatlandırılıb. Qeyd olunub ki, hücumlar nəticəsində mülki infrastruktura ziyan dəyib və mülki şəxslər xəsarət alıb.


Rumıniya naziri bu hücumu pisləyib və narahatlığını diqqətə çatdırıb. Bu cür hücumların regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayıb.

Telefon danışığı zamanı həmçinin Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantı layihələri, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO