Müharibə XƏBƏRDARLIĞI: “Sabah Rusiya provokasiyaya əl atacaq”

Müharibə XƏBƏRDARLIĞI: “Sabah Rusiya provokasiyaya əl atacaq”

Hazırda oxunan: Müharibə XƏBƏRDARLIĞI: “Sabah Rusiya provokasiyaya əl atacaq”

60022

Ukrayna ətrafında gedən proseslərin getdikcə daha da gərginləşməsi Rusiyanın eskalasiyası ehtimallarını günbəgün gücləndirir. Nə Ukrayna, nə də Rusiyanın geri addım atmaq niyyətlərindən xeyli uzaq olması, Qərb rəsmilərinin və mətbuatının savaş siqnalları verməsi münaqişənin yenidən alovlanmasının an məsələsi olduğunu deməyə əsas verir. 

Son olaraq isə, dünyaca nüfuzlu “Bloomberg” nəşri Rusiyanın fevralın 15-də Ukraynaya hərbi müdaxilə edəcəyi ilə bağlı iddialar səsləndirib.

Artıq 40-yaxın ölkə isə diplomatik korpuslarını Ukraynadan çıxaracağı haqqında məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Almaniya prezidentindən PUTİNƏ: "Ukraynanın boynundakı ilgəyi boşalt"


Sözügedən iddiaların gerçəkləşməsi ehtimallarını Bizim.Media üçün şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyanın provokasiyaya əl atması ehtimalı heç də az deyil:

“Əvvəl Amerika, ingilis kəşfiyyatı Pekin olimpiadası yekunlaşandan sonra başlaya biləcəklərini deyirdilər. Lakin indi Qərb mənbələri, ilk növbədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bəyan edib ki, Rusiya fevralın 15-də Ukraynaya hücum əmrini verə bilər. Rusiyanın özünün də Ukraynadakı səfirliyinin əməkdaşlarının bir hissəsini oradan çıxarması onu göstərir ki, Kreml doğurdan da bütün dünyanı təhdid edəcək böyük provokasiyaya hazırlaşır”.

Politoloq mümkün savaşın Rusiya üçün acı nəticələr doğuracağını da istisna etməyib:

“Bu provokasiya İkinci Dünya Müharibəsindən sonrakı ən böyük provokasiya ola bilər. Ukraynaya hərbi müdaxilə olayların genişlənərək Dünya Müharibəsinə çevrilməsi ehtimalına qədər gətirib çıxara bilər. Zənnimcə, Moskva odla oynayır. Rusiyanın bu savaşda qazanacağı nəyinsə olacağını təxmin etmirəm. Əksinə, bu rusları və ukraynları əbədi düşmənə çevirəcək”.

Qabil Hüseynlinin fikrincə müharibənin başlaması hazırki Rusiya hökuməti və dövlətinin mövcudluğu üçün müəyyən təhdidlər yaradacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO