Qətərdən Azərbaycana DƏSTƏK: “İranın zərbələrini pisləyirik”

Qətərdən Azərbaycana DƏSTƏK: “İranın zərbələrini pisləyirik”

Hazırda oxunan: Qətərdən Azərbaycana DƏSTƏK: “İranın zərbələrini pisləyirik”

599840

Qətərin Xarici İşlər Nazirliyi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan hava limanına endirdiyi zərbələri qəti şəkildə pisləyib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
 

Bəyanatda qeyd olunur ki, “Qətər Dövləti qardaş Türkiyə Respublikasına qarşı ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran pilotsuz aparatları ilə edilən hücumları qətiyyətlə pisləyir”.


Sənəddə bildirilir ki, bu cür düşmən addımlar təhlükəli eskalasiya olmaqla yanaşı, dövlətlərin suverenliyinin kobud şəkildə pozulmasıdır və regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid yaradır.

Qətər XİN həmçinin vurğulayıb ki, İranın yeni cəbhələr açması və qonşu ölkələrlə münasibətlərdə gərginliyi genişləndirməsi son dərəcə təhlükəlidir.

“İran İslam Respublikasını regionun təhlükəsizliyini və sabitliyini sarsıdan bu məsuliyyətsiz siyasəti dərhal dayandırmağa, həmçinin beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərinə əsaslanaraq region xalqlarının maraqlarını prioritet hesab etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

Nazirlik əlavə edib ki, Qətər Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bildirir və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün atdıqları bütün addımları dəstəkləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO