Ərdoğan: “Bölgədə düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”

Ərdoğan: “Bölgədə düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”

Hazırda oxunan: Ərdoğan: “Bölgədə düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”

599457

İrana hava hücumları, eləcə də Fars körfəzinin qardaş ölkələrinə pilotsuz uçuş aparatları və raket hücumları bölgədə qeyri-sabitliyi artırıb.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmiləri qarşısında çıxış edərkən verib.

Türkiyə lideri bölgədə gərginliyin artmasından təəssüfləndiyini bildirib.

O, Türkiyənin “sülhə və sabitliyə yönəlmiş diplomatiyasını” davam etdirdiyini vurğulayıb.

“Danışıqlar masasında problemlərin ədalətli həllinə nail olmaq üçün qətiyyətli səylər göstəririk. Qan tökülməsinə son qoymağa və bölgənin qardaş ölkələri arasında düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”, - deyə dövlət başçısı əmin edib.

Ərdoğan vurğulayıb ki, bölgəni eskalasiya zolağından tez bir zamanda çıxarmaq üçün mümkün olan hər şey edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO