Azərbaycan və Rusiya baş nazirləri arasında TELEFON DANIŞIĞI – Nəyi müzakirə etdilər?

Azərbaycan və Rusiya baş nazirləri arasında TELEFON DANIŞIĞI – Nəyi müzakirə etdilər?

Hazırda oxunan: Azərbaycan və Rusiya baş nazirləri arasında TELEFON DANIŞIĞI – Nəyi müzakirə etdilər?

599433

Bu gün Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə edilib. Ticarət dövriyyəsinin artımında müsbət dinamika qeyd olunub. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə baxılıb.

Söhbət əsnasında Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya Federasiyası vətəndaşlarının İran İslam Respublikasından operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
 

Hökumət başçıları Rusiya Hökuməti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin dünən Bakıya etdiyi səfərin vacibliyini vurğulayıb, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə əldə olunmuş razılaşmanı alqışlayıblar.


Fürsətdən istifadə edərək Ə.Əsədov M.Mişustini 60 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək dövlət fəaliyyətində uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO