“AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş tədbirlər görülməlidir:
"Təyyarənin vurulması Rusiya müdafiə nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, buna dair bütün tədbirlər görüləcək, hüquqi qiymət veriləcək, kompensasiyalar ödəniləcək".
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
09:51 / 26.02.2026
Ceyhun Bayramov: “AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir”
Hazırda oxunan: Ceyhun Bayramov: “AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir”
Hazırda oxunan: Ceyhun Bayramov: “AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir”
598388
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































