Xəbər verdiyimiz kimi, ötən gün xaricdə yaşayan bir neçə azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Vaşinqtonda - Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.
Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdiriblər və təxribat cəhdinin qarşısını alıblar.
“Təxribatın arxasında ermənilər dayanır”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bizim.Media-ya açıqlamasında təxribatın planlı formada təşkil olunduğunu qeyd edib:
MÖVZU İLƏ BAĞLI:
Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO
“Açıq-aydın görünür ki, bu şəxslər kimlərsə tərəfindən öyrədilib. Azərbaycanın son illərdə qazandığı nüfuz, güclənən mövqe anti-Azərbaycan qüvvələrini ciddi şəkildə təşvişə salıb. Ona görə də həmin qüvvələr “sapı özümüzdən olan baltalar”ın əliylə ölkəmizə qarşı bu cür çirkin kampaniyalar aparırlar.
Sizi inandırım ki, o söyüşlər elə-belə səslənmir. Korporativ maraqlar üçün anti-Azərbaycan qüvvələri ilə eyni cür hərəkət etmək xəyanətdir.
Bu cür çıxışları ancaq ermənilər edə bilər. O təxribatçıların da arxasında erməni lobbisi dayanır. Düşmən qüvvələri ilə ittifaq qurmaq, onların dediyi ilə oturub-durmaq dövlətimizə, millətimizə xəyanətdir”.
Bizim.Media

























































































