Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Hazırda oxunan: Azərbaycan XİN Pakistana başsağlığı verdi

594823

Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan bu terror aktını pisləyir:

"İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik".
 

XİN bildirib ki, Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu ifadə edir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyir.


Xatırladaq ki, bu gün İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO