"Azərbaycanla İran əlaqələrinin göstəriciləri sonsuzdur" - SƏFİR 

Hazırda oxunan: "Azərbaycanla İran əlaqələrinin göstəriciləri sonsuzdur" - SƏFİR 

0:00
0:00
59476

"İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsinin və möhkəmlənməsinin göstəriciləri sonsuzdur" . 

Bizim.Media xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkənin diplomatik əlaqələrinin 30-cu ildönümünə ilə bağlı mətbuat konfransında deyib.  

Diplomatın sözlərinə görə, İranın xarici siyasətində əsas prioritet qonşularla əlaqələrinin inkişafına əsaslanıb: "Qonşularla əlaqənin inkişafı bizim xarici siyasətimizin əsas prioritetidir”.  
 

MÖVZU İLƏ BAĞLI:

"İstəyimiz Azərbaycanda əmin amanlıq yaratmaqdır" - SƏFİR - FOTO


O bildirib ki, İranın yeni prezidenti seçildikdən bu günə qədər 3 səfər həyata keçirib, bu səfərlər qonşu və region ölkələrinə olub" . 

Diplomat bildirib ki, Azərbaycan və İran prezidentləri Aşqabadda görüşüb və bu görüş faydalı olub.

“İran Prezidentinin Azərbaycan lideri ilə görüşü əlaqələrin inkişafında dönüş nöqtəsi hesab olunur. Şadam ki, həmin görüşdən sonra əlaqələrimizdə sıçrayış, inkişaf müşahidə edirik. Bu inkişaf özünü bütün sahələrdə - siyasi, iqtisadi, təhlükəsizlik sahələrində göstərir.

İki ölkə beynəlxalq təşkilatlarda da yaxşı əməkdaşlıq edir, bir-birinin mövqeyini dəstəkləyirlər. Ümidvaram ki, əlaqələrimizin inkişafı belə davam edəcək. Ümid edirəm ki, regional səviyyədə əməkdaşlıq, “3+3” yaxın gələcəkdə bütün region ölkələrinin platformaya qoşulması ilə güclənəcək”, - deyə səfir əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO