“Azərbaycan ilk gündən Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırıb və onlara riayət edib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində təşkil edilən Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov iraqlı nazir müavinini qəbul etdi - FOTO
XİN rəhbəri Qoşulmama Hərəkatının dünyada ikinci ən böyük təşkilat olduğunu qeyd edib.
“Azərbaycanın bu təşkilat çərçivəsində irəli sürdüyü təşəbbüslərin çoxu bu prinsiplərə uyğun olub”, - C.Bayramov deyib.
Azərbaycan XİN rəhbəri Qoşulmama Hərəkatının gənclər şəbəkəsinin yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bütün dünyadan olan gənclər bu şəbəkədə fəal iştirak etməli və ona öz töhfələrini verməlidirlər.
Bizim.Media