Pekində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında geniştərkibli görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçiriblər.
Ceyhun Bayramovla Van İ yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini və Xarici İşlər nazirlikləri arasında mütəmadi təmasları əhəmiyyətini vurğulayıblar. Ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları, konnektivlik və nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı, eləcə də innovasiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq görüşdə müzakirə edilən mövzular arasında olub.
Tərəflər həm də regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar və çoxtərəfli çərçivələrdə əməkdaşlığın önəminə toxunublar.
Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin güclənməsinə töhfə verəcəyi və bir çox sektorda praktiki əməkdaşlığın genişləndirilməsinə yardım edəcəyi barədə əminliklərini ifadə ediblər.



Bizim.Media



































































































