“Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Ağdərədə sakinlərlə görüşdü – FOTO
Buranın çox gözəl sənaye və turizm mərkəzi olacağını vurğulayan Prezident qeyd edib:
“Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”.
Bizim.Media































































































