Zaur Mikayılov: "Bir neçə göl qurudularaq ərazisi zəbt edilib”

Zaur Mikayılov: "Bir neçə göl qurudularaq ərazisi zəbt edilib”

Hazırda oxunan: Zaur Mikayılov: "Bir neçə göl qurudularaq ərazisi zəbt edilib”

590362

“Bakı şəhəri və Abşeron yarımadasında mövcud olan göllərin bir hissəsinin son illərdə qurudulması intensiv yağışlar zamanı subasma riskini artırır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Binəqədi və Masazırda yeni su anbarları tikiləcək – RƏSMİ


O qeyd edib ki, Bakı və Abşeron yarımadasında 300-dən çox göl mövcuddur və bu göllər təbii olaraq sutoplayıcı funksiyaya malikdir:

"2014–2025-ci illər ərzində bəzi hallarda qeyri-qanuni, bəzi hallarda isə plansız genişlənmələr nəticəsində bir neçə göl qurudularaq ərazilər zəbt edilib və həmin sahələrdə tikintilər aparılıb. Bu isə intensiv yağışlar zamanı həmin bölgələrin subasmaya məruz qalmasına səbəb olur".

Z. Mikayılov bildirib ki, bu illər ərzində dövlət proqramları çərçivəsində sözügedən istiqamətdə mühüm işlər görülüb və mövcud vəziyyətin qənaətbəxş olmasının əsas səbəblərindən biri də məhz həmin proqramların icrasıdır.

Onun sözlərinə görə, 2004-cü ildə birinci Dövlət Proqramı qəbul edilən zaman Azərbaycanda içməli su təminatı cəmi 40 %, Bakı şəhəri və Abşeron yarımadasında isə 29 % səviyyəsində olub:

"Hazırda isə içməli su ilə təminat ölkə üzrə 73 %-ə, Bakı şəhəri və Abşeron yarımadasında isə 70 %-ə çatdırılıb".

ADSEA sədri qeyd edib ki, dövlət proqramları çərçivəsində həyata keçirilən əsas layihələr sırasında "Taxtakörpü" və "Ceyranbatan" su anbarlarının, eləcə də ultrasüzgəcli sutəmizləyici qurğuların tikintisi xüsusi yer tutur:

"Bu layihələr ölkənin su çatışmazlığı şəraitindən indiki daha yaxşı vəziyyətə gəlməsində mühüm rol oynayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO