Bakıda 10 yeni metro stansiyası TİKİLƏCƏK - VİDEO

Bakıda 10 yeni metro stansiyası TİKİLƏCƏK - VİDEO

Hazırda oxunan: Bakıda 10 yeni metro stansiyası TİKİLƏCƏK - VİDEO

589167

“Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir”.
 

MÖVZU İLƏ BAĞLI: 

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - CANLI


Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə iki depo da tikiləcək. Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir.

“Son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?”, - deyən Prezident İlham Əliyev bildirib ki, mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO