Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

Hazırda oxunan: Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

588485

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.
 

MÖVZU İLƏ BAĞLI: 

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib:

"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu. Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk. Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq".
 

Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib.


Yanğın nəticəsində təxminən 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO