Prezidentin Cənub Qaz Dəhlizi Məşvərətində verdiyi MÜHÜM MESAJLAR  

Prezidentin Cənub Qaz Dəhlizi Məşvərətində verdiyi MÜHÜM MESAJLAR  

Hazırda oxunan: Prezidentin Cənub Qaz Dəhlizi Məşvərətində verdiyi MÜHÜM MESAJLAR  

0:00
0:00
58757

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüş zamanı səsləndirdiyi fikirlər bir sıra mühüm mesajları özündə ehtiva edib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Avropa İttifaqı qarşısında qaldırdığı ƏSAS MƏSƏLƏLƏR - ŞƏRH


Həmin nüansları diqqətinizə təqdim edirik:  

1. Azərbaycan qaz hasilatını və ixracını artıracaq.    

2. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir, təbii ki, ən böyük yataq ehtiyatları 1 trilyon kubmetrə çatan Şahdəniz yatağıdır. Əminəm ki, daha çox olacaq. Neft və qaz yataqlarının işlənməsi üzrə təcrübəmizə nəzər salsanız, görə bilərsiniz ki, nəticələr həmişə proqnozlaşdırılandan yüksək olur. Əminəm ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları daha da çox olacaqdır

3. Azərbaycan 2021-ci ildə 19 milyard kubmetr qaz ixrac edib ki, bunun da 8,5 milyard kubmetri Türkiyəyə, təxminən 7 milyard kubmetri İtaliyayadır.

4. Albaniya öz qaz infrastrukturunun yaradılmasını başa çatdırdıqdan sonra Azərbaycan qazını da ala biləcək.

5. Azərbaycan qazının istehlakda payı bəzi ölkələrdə 80%-ə, bəzilərində isə 15-20%-ə çatır. “Biz hasilatı artırmağa hazırlaşdıqca bu rəqəmlər artır.

6. Əminəm ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları daha da çox olacaqdır.

7. Birinci mərhələdə “Abşeron” yatağından 1,5 milyard kubmetr hasil edilməsi planlaşdırılır. Bunlar kiçik həcmlərdir, lakin bəzi ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

8. “Babək” yatağında 400 milyard kubmetr, “Ümid” yatağında 200 milyard kubmetr qaz ehtiyatı var. “Bundan başqa, “Azəri-Çıraq-Günəşli” yataqlar blokuna böyük ümidlərimiz var, bu yataqların dərin qatlarında bir neçə yüz milyard kubmetr qaz olacaq və mən inanıram ki, bu qaz yaxın gələcəkdə hasil olunacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO