Ukrayna XİN Xocalı soyqırımını tanıya bilər – MÜRACİƏT/FOTO 

Ukrayna XİN Xocalı soyqırımını tanıya bilər – MÜRACİƏT/FOTO 

Hazırda oxunan: Ukrayna XİN Xocalı soyqırımını tanıya bilər – MÜRACİƏT/FOTO 

58504

“Xocalı faciəsinin soyqırımı kimi tanınması tarixi ədalətin bərpasına, Ukrayna və Azərbaycan arasında olan dostluq münasibətlərinə töhfə verəcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinə rəsmi müraciət olunub. 

Müraciətin müəllifi Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko qeyd edib ki, 30 il əvvəl Xocalıda baş verən hadisələr açıq-aydın soyqırımı əlamətlərini daşıyır.

Bununla əlaqədar artıq bir çox ölkənin qanunverici orqanı və beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğu təsdiqlənib. 

Öz deputat səlahiyyətlərindən istifadə edərək L.Marçenko xarici işlər naziri D.Kulebadan soyqırımının tanınması prosedurunu başlamağı xahiş edib. 
Qeyd edək ki, Xocalı soyqırımının tanınması məsələsi “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun” sədri Hikmət Cavadov tərəfindən Ali Radaya göndərilən məktubda qaldırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO