Qarabağ erməniləri ilə bağlı QƏRAR DƏYİŞDİ

Qarabağ erməniləri ilə bağlı QƏRAR DƏYİŞDİ

Hazırda oxunan: Qarabağ erməniləri ilə bağlı QƏRAR DƏYİŞDİ

584154

Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evlə təmin olunması qaydalarında dəyişiklik edib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazir bildirir ki, Qarabağdan köçən ailələrin mənzillə təmin olunmasına dövlət yardımı proqramı çərçivəsində arayış almaq üçün ərizə blankında məcburi ailə tərkibinə dəyişiklik edilib.
 

Məlumata görə, artıq 18 yaşına çatmış və ərizə ilə müraciət etmiş şəxslər birmənalı şəkildə ayrı ailə üzvü kimi qəbul olunmayacaq. Eyni ailənin tərkibində qəbul ediləcəklər.


Qeyd edək ki, son zamanlarda Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial paketlərin həyata keçirilməsi ilə bağlı narazılıqlar artıq. Hökumətin bəzi qayda və tələbləri tədricən sərtləşdirdiyi bildirilir.

Məlumata görə, ölkə daxilində də sözügedən şəxslərə normal münasibət göstərilmir, həmçinin sosial ehtiyacları lazımi səviyyədə təmin olunmur. Hətta bəzilə təqiblərə məruz qaldıqlarını iddia edirlər. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO