Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-ABŞ əlaqlərindən danışıb.
Bizim.Media xəbər verir ki, o, “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda Azərbaycanın 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başlatdığı terrorçuluğa qarşı mübarizəyə göstərdiyi hərbi və logistik dəstək ilə yaxşı dost olduğunu sübut etdiyini deyib:
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev malayziyalı nazir müavini ilə bu məsələləri müzakirə etdi
“Ölkələrimiz arasındakı əlaqələrin və dostluğun tarixi səfir Hafiz Paşayevin “Bir səfirin manifesti” adlı kitabında çox yaxşı izah edilib. ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir.
Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib. Bu illər boyunca ABŞ və Azərbaycan əməkdaşlığı yeni səviyyələrə qalxıb. 11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi. Bizim hər zaman dediyimiz kimi, dost dar gündə tanınar. Azərbaycan da, terrorizm əleyhinə alyansa qoşuldu və öz logistik dəstəyini təmin etdi”.
Bizim.Media