“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

Hazırda oxunan: “Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub” - Fransanın Fəxri deputatı

581164

“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub. Biz də hər zaman Azərbaycanın prinsipial mövqeyini və ərazi bütövlüyünü qorumağa sadiq olmuşuq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda Bakıda keçirilən elmi-praktiki konfransa onlayn formatda qoşulan Fransa Parlamentinin Fəxri deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lambert səsləndirib.

O bildirib ki, Azərbaycanın milli dəyərləri və tarixi təcrübəsi bizə bu mürəkkəb şəraitdə istiqamət göstərir.

“Tarixi çətinliklərdən və müharibələrdən belə nəticə çıxarmaq olar ki, ədalətə və dövlətçilik prinsiplərinə sadiqlik hər zaman əsas götürülməlidir”, - deyə Assosiasiyasının prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO