Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib - FOTO

Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə iştirak edib - FOTO

580735

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müşaviri, nazirliyin mətbuat katibi Axror Burxanov məlumat verib.

O qeyd edib ki, görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunur:

"Bu gün Mərkəzi Asiyada tamamilə yeni bir əhval-ruhiyyə - sıx dostluq, mehriban qonşuluq və birgə inkişaf ruhu hökm sürür. Bu ruh bütün təşəbbüs və qərarlarımızın əsasını təşkil edir.

Regional həmrəylik gücləndikcə ortaq inkişaf üçün yeni imkanlar da genişlənir. Daşkənddəki bu görüşün daha bir mühüm aspekti Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ilk dəfə bu formatda iştirak etməsidir. Bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir".

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO