İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Hazırda oxunan: İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

580032

Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA


Bizim.Media xəbər verir ki, başsağlığı mətnində deyilir:

Əziz Qardaşım.

Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO