“Həmin dövrdən artıq beş il keçib. Yəqin ki, bəzi məqamları açmağın zamanıdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.
O, beş il əvvəl Vətən müharibəsi dövründə Rusiya xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi sənədin detallarını açıqlayıb.
“Ayın 9-dan 10-na keçən gecə saat 00.00-da bütün hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan Ordusunun, təmas xəttinin qərb istiqamətində Ermənistan silahlı qüvvələri ilə Rusiya sülhməramlılarının dayanması sənəddə öz əksini tapmışdı”, - deyə Ceyhun Bayramov qeyd edib.
Daha ətraflı videoda:
Bizim.Media
























































































