Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 30-unda 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək.
MÖVZU İLƏ BAĞLI:
“On səkkiz ildir ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam” – İlham Əliyev
Əməkdaşların sayının 208, könüllülərin sayının 85 nəfər olması nəzərdə tutulur. "ASAN xidmət" Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub.
Prezidentin açılışını etdiyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin fotolarını təqdim edirik:
Bizim.Media