Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq.
İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.
Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib.
“Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.














Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:29 / 28.10.2025
Prezident İmişlidə arpa emalı müəssisəsinin açılışını ETDİ – FOTO
Hazırda oxunan: Prezident İmişlidə arpa emalı müəssisəsinin açılışını ETDİ – FOTO
Hazırda oxunan: Prezident İmişlidə arpa emalı müəssisəsinin açılışını ETDİ – FOTO
577617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































