Paşinyan planlarını açıqladı: Azərbaycan–Naxçıvan–Türkiyə boru xətləri Ermənistan ərazisindən keçəcək

Paşinyan planlarını açıqladı: Azərbaycan–Naxçıvan–Türkiyə boru xətləri Ermənistan ərazisindən keçəcək

Hazırda oxunan: Paşinyan planlarını açıqladı: Azərbaycan–Naxçıvan–Türkiyə boru xətləri Ermənistan ərazisindən keçəcək

576580

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, gələcəkdə ölkənin ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirəcək boru xətləri və elektrik ötürmə xətləri çəkiləcək, həmçinin Azərbaycan–Ermənistan–Türkiyə marşrutu yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə o, Tbilisidə keçirilən V “İpək Yolu Forumu”nun açılışında çıxışı zamanı deyib.

Paşinyan, həmçinin yaxın vaxtlarda Ermənistanla Türkiyə arasında sərhədin açıla biləcəyini bildirib.
 

“Türkiyə ilə aparılan pozitiv dialoq ümid verir ki, yaxın vaxtlarda sərhədi açmaq mümkün olacaq,” – deyə Ermənistanın baş naziri Nikol Paşinyan V “İpək Yolu Forumu”nda çıxışında bildirib.


“Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan, Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsini təmin etməyə hazırıq, lakin dəmir yolunun bərpasına və təmirinə ehtiyac var.

Əminəm ki, bu texniki məsələlər 2–3 il ərzində həll olunacaq,” – Paşinyan əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO