Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır – Prezidentin xüsusi nümayəndəsi

Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır – Prezidentin xüsusi nümayəndəsi

Hazırda oxunan: Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır – Prezidentin xüsusi nümayəndəsi

575394

III Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinin tətbiqinin və dayanıqlı inkişafın nümayişidir.
 

Bu forum, eyni zamanda, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir. Bu, sadəcə bir forum deyil, bu, azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanın və inkişafın simvoludur.


Bizim.Media xəbər verir ki, bunu Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

E.Yusubov bildirib ki, Xankəndi şəhəri Azərbaycanın gələcəyinin modeli kimi formalaşır, burada həyata keçirilən layihələr insan mərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır:
 

“Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə, o cümlədən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər görülür.


Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb. Bölgəyə 65 milyon manatdan çox investisiya yatırılıb, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxs işlə təmin olunub.”.

E. Yusubov qeyd edib ki, Xankəndidə keçirilən forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO