Tramp: “İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görür” - VİDEO

Tramp: “İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görür” - VİDEO

Hazırda oxunan: Tramp: “İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görür” - VİDEO

575091

Xəbər verdiyimiz kimi, Misirin Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində Yaxın Şərq Sülh Sammiti keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Sammitdə Misir, Qətər, ABŞ və Türkiyə liderləri Qəzza zolağında yekun atəşkəs sazişi imzalayıblar.

Daha sonra ABŞ Prezidenti Donald Tramp çıxış edib. O çıxışı zamanı dövlətimizin başçısını güclü lider adlandırıb:
 

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü?


İndi isə onlar (Azərbaycan və Ermənistan tərəfini nəzərdə tutur - red.) bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm.

O, (Prezident İlham Əliyevə xitabən - red.) çox güclü liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO