Səfir: “Türkmənistan və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq var”

Səfir: “Türkmənistan və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq var”

Hazırda oxunan: Səfir: “Türkmənistan və Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq var”

574634

“Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Prezident İlham Əliyev tərəfindən ikitərəfli münasibətlərin gücləndirilməsinə göstərilən davamlı diqqət və qayğı bu münasibətlərin daha da dərinləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin inkişafı üçün əlavə təkan və stimul verir. Ölkələrimiz arasındakı münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə davamlı şəkildə inkişaf edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda söyləyib.

O qeyd edib ki, Türkmənistan və Azərbaycan üçün beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq artıq yaxşı bir ənənəyə çevrilib.

Hər iki ölkə beynəlxalq sahədə əməkdaşlıq çərçivəsində bir-birini dəstəkləməyə davam edir. Məsələn, Türkmənistan bu il Azərbaycan tərəfindən təşkil olunmuş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə yüksək səviyyədə iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO