“Mən gənc yaşlarımda mərhum Ulu öndər Heydər Əliyevlə tanış olmaq imkanı qazanmışdım. Sizin mübarizənizin hansı nöqtədən indiki səviyyəyə gəldiyini bildiyim üçün azərbaycanlı tələbələrimizə xüsusi qayğı göstərirəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Antalya Belek Universitetinin Qəyyumlar Şurasının sədri, iş adamı, keçmiş jurnalist Əkrəm Çalkılıç “ATV”də yayımlanan “Xəbərin olsun” verilişində səsləndirib.
“Azərbaycanlı tələblər bizim üçün çox fərqlidir. Dostlarımıza da hər zaman deyirəm ki, azərbaycanlı şəhid və qazi övladlarına ödənişsiz təhsil verməliyik. Bu ölkənin varlığı, birliyi və inkişafına dəstək verən bütün uşaqlar bizim qonağımızdır. Onlardan ödəniş almırıq”, - deyə iş adamı qeyd edib.
Əkrəm Çalkılıç Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrindən də söz açıb:
“İllər əvvəl – gəncliyimdə televiziyada jurnalist olaraq çalışırdım. Mərhum prezidentimiz Süleyman Dəmirəlin təyyarəsi Türkiyədə bir Hava Limanına enməli idi. Biz də onu qarşılamaq üçün gözləyirdik. Oradakı zabitlərdən birinə yaxınlaşıb dedim ki, “bu gün Prezidentimizin ad günüdür. Ona tort təqdim etmək istəyirəm”. O isə dedi ki, “Mən görməmiş kimi davranacam, sən təqdim edərsən”.
Prezident təyyarədən enəndə qarşısına çıxıb, “ad gününüz mübarək dedim”. O isə “burada uyğun olarmı heç?!” deyib bir qədər əsəbiləşdi. Yanındakı qonaq isə “Sənin ad gününü təbrik edir, bu çox gözəldir” deyə Prezidentə bildirdi və məni içəri dəvət etdi. Həmin qonaq Heydər Əliyev idi. O, mənə - gənc bir oğlana dərhal sahib çıxdı və birlikdə içəri daxil olduq. Həmin gün Süleyman Dəmirel, Heydər Əliyev və mənimlə birlikdə ad gününü qeyd etdi.
Heydər Əliyevin atalıq qayğısını orada hiss etdim. Jurnalist kimi dəfələrlə səfərlər zamanı Heydər Əliyevi görmək fürsətim olub. O mənimlə sanki həmyaşıdım kimi söhbət edirdi”.
Əkrəm Çalkılıç Azərbaycanın sürətli inkişafından da söz açıb.
Daha ətraflı videoda:
Bizim.Media