Baş prokuror Almaniyadadır - Angelika Şlunk ilə görüşdü

Baş prokuror Almaniyadadır - Angelika Şlunk ilə görüşdü

Hazırda oxunan: Baş prokuror Almaniyadadır - Angelika Şlunk ilə görüşdü

57451

Yanvarın 27-də baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya işgüzar səfəri başlayıb.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, baş prokuror Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və digər sahələrdə əlaqələrin inkişafının müsbət dinamikasından məmnunluq ifadə olunub.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə dövlət katibinə ətraflı məlumat verib.

Həmçinin, qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradisiya məsələləri müzakirə edilib. 
Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO