İlham Əliyev Putinə təşəkkür etdi – VİDEO

İlham Əliyev Putinə təşəkkür etdi – VİDEO

Hazırda oxunan: İlham Əliyev Putinə təşəkkür etdi – VİDEO

574398

Xəbər verdiyimiz kimi Düşənbədə, Kohi Somon iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü keçirilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, İlham Əliyev Putinlə görüşündə onu bir daha ad günü münasibətilə təbrik edib və Rusiya Federasiyasının prezidentinə, həmçinin dost Rusiya xalqına ən xoş arzularını çatdırıb.

Azərbaycan lideri AZAL təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə təqdim edilən məlumata görə Putinə xüsusi minnətdarlığını bildirib.

O, AZAL təyyarəsinin qəzasının səbəblərinin aydınlaşdırılmasını şəxsən nəzarətdə saxladığına görə Putinə təşəkkür edib.

Putin bəyan edib ki, AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir və artıq bütövlükdə faciənin səbəbləri barədə danışmaq olar.

İlham Əliyev əminliyini bildirib ki, onların görüşündən gələn “mesajlar” hər iki ölkə cəmiyyətləri tərəfindən pozitiv qarşılanacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO