Rusiya prezidenti Vladimir Putin Tacikistana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İkitərəfli əlaqələr birinci yerdədir. Bu, münasibətlərin əsas gündəm maddəsidir. Görüşün keçirilməsi faktı iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir”, - Peskov deyib.
Qeyd edək ki, oktyabrın 10-da MDB sammiti Düşənbədə keçiriləcək.
Bizim.Media