Azərbaycan və Pakistan XİN-ləri siyasi məsləhətləşmələr apardı

Azərbaycan və Pakistan XİN-ləri siyasi məsləhətləşmələr apardı

Hazırda oxunan: Azərbaycan və Pakistan XİN-ləri siyasi məsləhətləşmələr apardı

5676

Dekabrın 18-də Azərbaycan Respublikası və Pakistan İslam Respublikasının Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında ikinci siyasi məsləhətləşmələr keçirilib. 

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Ramiz Həsənov və Pakistan xarici işlər katibi Soheyl Mahmudun iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub. 

Azərbaycan xarici işlər nazirinin müavini 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən müharibəsi barədə qarşı tərəfə məlumat verib. Öz növbəsində Soheyl Mahmud Azərbaycanın müharibədə qələbəsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini bir daha qeyd edib.

Görüşdə tərəflər Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb, bir sıra təkliflər irəli sürüblər.

Tərəflər həmçinin iki ölkə arasında yüksək siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin daha da inkişaf etdirilməsinin, hüquq müqavilə bazasının möhkəmləndirilməsi istiqamətində işin aparılmasının vacibliyini qeyd ediblər. 

Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm potensialının artırılması, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyi bildirilib.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO