İranın 8-ci yolu – Mollaların çirkli pul dövriyyəsi 

İranın 8-ci yolu – Mollaların çirkli pul dövriyyəsi 

Hazırda oxunan: İranın 8-ci yolu – Mollaların çirkli pul dövriyyəsi 

5647

Ermənistan və İran dövlətləri arasında təkcə iqtisadi və siyasi müttəfiqlik dayanmır, həm də onlar uzun illər narkoticarət tərəfdaşlarıdır. Onların birgə əməkdaşlığı nəticəsində bir vaxtlar erməni tapdağı altında olan Azərbaycanın işğal olunmuş əraziləri də narkotik maddələrin yetişdirdiyi məkana çevrilmişdi.

Politoloq Rövşən Novruzoğlu bu fikirdədir. Onun araşdırmalarına görə, son zamanlarda isə İranda narkoticarət işinə maraq daha da artıb. Buna həm də iqtisadi tənəzzül səbəb olub.

Rövşən Novruzoğlu narkoticarətin İranın müəyyən xüsusi təşkilatları və güc orqanları tərəfindən həmişə idarə olunan bir proses olduğunu da deyir. Bildirir ki, bu  milyardlar qazandıran bir sahədir və birbaşa SEPAH-ın monopoliyasındadır.

Baxmayaraq ki, İranda narkotik maddələrin istifadəsinə qarşı sərt cəza tədbirləri var, lakin görünən odur ki, ölkədə istəyən şəxs əl-qolunu sallaya-sallaya narkotiki sərhədin o başından bu başına rahat şəkildə keçirə bilər. 

Tədqiqatçı politoloq Rövşən Novruzoğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində hətta narkotik vasitələrinin alverində Ermənistan parlamentinin bir neçə üzvünün İran narkotik dəllalları ilə əlbir olduğu da üzə çıxıb.

“Bütün bu proseslər artıq öz təsdiqini tapıb. İran ermənilərlə birləşərək, Azərbaycanın işğal olunan ərazilərində uzun illər narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə məşğul olub. Sizə bir fakt da deyim, Dağlıq Qarabağda becərilən narkotikin böyük qismi, fransalı deputatların sayəsində Fransız ordusunun əsgərlərini təmin edirdi''.

''BMT-də Dağlıq Qarabağ istiqamətində İran-Azərbaycan sərhəd zonalarında narkotik qaçaqmalçılıqla mübarizədə İran tərəfi hər il 20-30 nəfər öz əsgərini itirdiyi qeydiyyata düşüb. Həmin əsgərlərin bir qismi narkotik alverində iştirak edən kəslərdir. Bu da məhkəmələrdə sübut olunub. Dağlıq Qarabağın meşələrində, düzənliyində plantasiyaların görüntüsü peyk vasitəsilə çəkilib. Bax, bu səbəbdən də İran və Fransa Qarabağ konfliktinin həllində və o ərazilərin Azərbaycanın nəzarəti altına keçməsində maraqlı tərəf deyildilər”. 

R. Novruzoğlunun sözlərinə görə, İran Qarabağ zonasında təkcə narkoplantasiya salmayıb, həmçinin, xammalı tam istehsalata hazır etmək üçün bir çox laboratoriyalar da inşa edib.  

“Qarabağ işğaldan azad edildikdən sonra, orada İran tərəfindən inşa edilən laboratoriyalar başlı-başına qalıb. Uzun illər bu laboratoriyada tonlarla narkotik vasitələr çeşidlənərək, emal olunub. Burada kimyəvi maddələrdən istifadə edərək, müxtəlif narkotik vasitələr əldə olunurdu. İndi bu məsələ beynəlxalq hüquq müstəvisində ciddi şəkildə araşdırılır”,- deyə o qeyd edib.

Bundan əlavə R. Novruzov Qarabağda baş verən daha bir dəhşətli cinayətdən də danışıb.

“İstərdim bir faktı da nəzərinizə çatdırım, Qarabağda salınan laboratoriyalar orqan alveri üçün də istifadə olunurdu. Azərbaycanlı əsirlərin üzərindən ermənilər böyük pullar qazanırdılar. Onlar əsir düşən insanların sağlam orqanlarını çıxarıb dünya bazarında satırdılar. Bu işdə ermənilərə isə İran həkimləri yaxından köməklik göstərirdi. Bu da faktlarla sübut olunub, mənim bu istiqamətdə xeyli araşdırmam var”.

Dünya mediasında yayılan məlumatlarda İran İslam Respublikasın Ermənistan ərazisinindən narkotranzit kimi istifadə edərək, becərilən “məhsulu” dünya bazarına çıxartdığı qeyd olunur.

Belə ki, onların  bir zamanlar Qarabağ separatçıları ilə qurduğu ticarət marşrutu ilə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə azad şəkildə məşğul olaraq lazımi yerlərə “çatdırılma” təşkil edirdilər. Tədqiqatçı politoloq açıqlamasında bu faktı təsdiqləyərək, bunun doğru olduğunu vurğulayıb.

“İran tərəfi Rusiya, Ermənistan eləcə də Gürcüstanın Axalkalaki yolundan istifadə edərək narkotik vasitələri dünya bazarına, Avropaya nəql edib.

Bu dəqiqə ABŞ-da 8-ci yol haqqında müzakirələr gedir. Bu yol Azərbaycanın İranla sərhəd olan Cəlilabad rayonu ərazisindən keçir. Dəfələrlə sərhədçilərimiz İran narko-baronlarının bu işini yarımçıq qoyub, tonlarla narkotik maddə aşkarlayaraq, müsadirə ediblər. Təsəvvür edin, İran bu yolu o qədər sərbəst buraxıb ki, burada narkotik alverçiləri üçün 8-ci yol yaranıb”.

Rövşən Novruzoğlu bu istiqamətdə araşdırmaların davam etdiyini bildirir. Qarabağın azad olunması isə daha dəhşətli faktları üzə çıxaracağını deyir.

Vüsalə Balayeva, Bizim.Media




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO