Fransadakı səfirliyimiz açıqlama yaydı - Valeri Pekresin iddialarına SƏRT CAVAB

Fransadakı səfirliyimiz açıqlama yaydı - Valeri Pekresin iddialarına SƏRT CAVAB

Hazırda oxunan: Fransadakı səfirliyimiz açıqlama yaydı - Valeri Pekresin iddialarına SƏRT CAVAB

56041

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekresin yerli mətbuatda sayıqlamalarına etiraz olaraq açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, mətbuata açıqlamasında səfirlik Fransa prezidentliyinə namizəd Valeri Pekresin iddialarına cavab verərək, onu ən azından prezidenti olmaq istədiyi ölkənin milli qanunvericiliyinə riayət etməyə çağırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Laçın dəhlizində Pekresə yandırılan YAŞIL İŞIQ  - Fransa prezidentliyinə namizədi Rusiya ilə bağlayan FAKTLAR 


Dekartın “həqiqətə çatmaq üçün həyatda bir dəfə insan ona deyilən bütün fikirlərdən qurtulmalı və bütün bilik sistemini yenidən qurmalıdır” aforizmi ilə başlayan açıqlamada Azərbaycana qarşı iddiaların qəbuledilməz olduğu vurğulanır.

Qanunsuz səfərini ört-basdır etməyə çalışması üçün yanlış iddialardan əl çəkməli olduğu bildirilir. Fransa qanunvericiliyinin aidiyyəti müddəaları xatırladılaraq qeyd edilir ki, Fransa prezidenti seçkilərinə namizəd öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır.

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əsasını təşkil edən yuxarıda qeydolunan prinsiplərə xanım Pekresin göstərdiyi hörmətsizlik dözülməzdir və buna son qoyulmalıdır. Seçki korluğu Azərbaycanla beynəlxalq hüquq prinsipləri əsasında qurulmuş köhnə dostluq münasibətlərini təhlükə altına almaqla yanaşı, Qafqaz regionunun sabitliyinə və inkişafına da xələl gətirə bilər”, - açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO