Azərbaycan Prezidenti:

Azərbaycan Prezidenti: "Ukraynaya bu səfər gələcək illər üçün gözəl zəmin olacaq"

Hazırda oxunan: Azərbaycan Prezidenti: "Ukraynaya bu səfər gələcək illər üçün gözəl zəmin olacaq"

55440

"Ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır".

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentlər nəqliyyat dəhlizlərinin genişləndirilməsini müzakirə etdi


İki ölkə arasında əldə olunan razılaşmaları yenilik və əlaqələrimizdə bu sahə ilə bağlı atılan ən mühüm addımlardan biri kimi dəyərləndirən dövlət başçısı deyib ki, bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

“Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq ”, - Prezident İlham Əliyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO