İlham Əliyevdən Naxçıvana avtomobil yolu ilə bağlı Ermənistana XƏBƏRDARLIQ: “Elə bilməsinlər ki…”

İlham Əliyevdən Naxçıvana avtomobil yolu ilə bağlı Ermənistana XƏBƏRDARLIQ: “Elə bilməsinlər ki…”

Hazırda oxunan: İlham Əliyevdən Naxçıvana avtomobil yolu ilə bağlı Ermənistana XƏBƏRDARLIQ: “Elə bilməsinlər ki…”

55075

“Yox, mən bunu görmürəm. Çünki Ermənistan tərəfindən hələlik hər hansı bir cavab verilməyib bu təklifə”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, kommunikasiyanın açılması ilə bağlı artıq cavab verilib:

“Baxmayaraq ki, biz bu məsələni gündəliyə salanda ona da etiraz edirdilər. İndi hər kəs bunu yaxşı xatırlayır ki, həm dəmir yolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdilər və deyirdilər ki, yox, bu, olmayacaq. Sonra mən müsahibələrimin birində dedim ki, istəsə də, istəməsə biz bunu edəcəyik.
 

MÖVZU İLƏ BAĞLI:

“Babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm” - Prezident


Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib.

Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir.

Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik.

Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO