Rusiya işlərimizə radikal şəkildə qarışır

Rusiya işlərimizə radikal şəkildə qarışır

Hazırda oxunan: Rusiya işlərimizə radikal şəkildə qarışır

5484

Rusiya Bosniya və Herseqovinanın daxili işlərinə radikal şəkildə qarışır.

Bizim.Media xəbər verir ki, bunu Bosniyanın Demokratik Fəaliyyət Partiyasının (SDA) lideri Bakir İzetbeqoviç deyib.

İzetbeqoviç Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiç və boşnak üzvü (müsəlman slavyanlar) Şefik Caferoviçin ölkədə rəsmi səfərdə olan Lavrovla görüşdən imtina etmələrinin arxasında onun durması barədə iddiaları təkzib edib.

“Lavrovun səhvi Bosniya və Herseqovinanın rəmzləri və qanunlarına hörmət etməməsidir. Bu davranışına görə çox siyasətçilərimiz onunla görüşdən imtina edib”,- deyə o bildirib.

Qeyd edək ki, Lavrov dekabrın 14-də serb nümayəndələri ilə görüşüb. Lakin həmin görüşdə Bosniya və Herseqovinanın bayrağı qoyulmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO