“İğtişaşların yeni mərkəzi Rusiya olacaq” – Politoloq hansı faktlara əsaslanır? 

“İğtişaşların yeni mərkəzi Rusiya olacaq” – Politoloq hansı faktlara əsaslanır? 

Hazırda oxunan: “İğtişaşların yeni mərkəzi Rusiya olacaq” – Politoloq hansı faktlara əsaslanır? 

54816

Əksər siyasi ekspertlərin fikrincə, Cenevrdə ABŞ və Rusiya arasındakı danışıqlar və hansısa məsələlərin razılaşdırılmaması postsovet ölkələrindən birində çaxnaşma ilə nəticələnə bilər. Çünki bundan əvvəlki amerikan-rus diskussiyalarından bir az sonra Qazaxıstan etirazlara büründü və çevrilişlə üz-üzə qaldı. 

Ortaq məxrəcə gəlinməyən indiki danışıqlar hansı ölkəni silkələyəcək?

Bizim.Media-ya özəl açıqlamasında Zərdüşt Əlizadə Qazaxıstandakı etirazlara Qərb-Rusiya danışıqlarının səbəb olduğuna inanmadığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT-nin Qazaxıstandakı missiyası başa çatdı - Yanvarın 13-də ölkədən çıxırlar - VİDEO


Mövqeyini əsaslandırmaq üçün nümunə də gətirib:

“SSRİ-də 80-cı illərin sonunda dağılma prosesləri gedirdi. Bunu Qərb edirdi? Yox, buna Sovet hökumətinin rüşvətxor üzvləri, bacarıqsız siyasətləri səbəb olub. Sadəcə Qərb, bundan faydalandı. İndi də Qazaxıstanda olanlar, gələcəkdə digər postsovet ölkəsində yaşana biləcək mitinqlərlə ABŞ-Rusiya münasibətləri ilə əlaqəsi yoxdur. 

O ki qaldı növbəti narazılıqlar məskəni kim olacaq, zənnimcə buna ən real namizəd Rusiyanın özüdür. 

Bu da hazırkı hökumətin tamamilə məntiqsiz siyasəti ilə bağlıdır. Qadağalar irəli sürmək, islahatlardan qaçmaq, xalqın çörəyini kəsmək siyasəti Rusiyanı iğtişaş həddinə gətirir. Düşünürəm ki, Qərblə Rusiya danışıqları faydalıdır. Ən azından ona görə ki, silahlı toqquşma ehtimallarını azaldıb. Amma onların müəyyən razılığa gələcəklərini sanmıram. Çünki niyyət və məqsədləri daban-dabana ziddir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO