"Moskva yaxşı bilir ki, Qazaxıstana qoşun yeridilməsi vəziyyəti yalnız qısa müddətə sakitləşdirə bilər. Və bundan sonra bütün qazaxıstanlı oyunçular aqressora qarşı mübarizədə birləşəcəklər".
Bizim.Media xəbər verir ki, sosial şəbəkə postuna belə başlayan eks xarici işlər naziri Tofiq Zülfüqarov əlavə edib ki, Qazaxıstandakı müxalifətin baza ideologiyası türk millətçiliyi olacaq:
"Bəs Kreml ideoloji cəhətdən necə buna qarşı çıxa bilər? Düşünürəm ki, yalnız Duqinin avrasiyaçılıq variantında...
Deməli, Türkiyənin prosesə cəlb olunması qaçılmazdır. Hələlik bunun formatını təsəvvür etmək çətindir, amma, görək Türk Dövlətləri Təşkilatının (TDT) hansı qərarlar veriləcək. Yalnız TDT-nin stabilləşmə prosesinə cəlb olunması Tokayevə imkan verəcək ki, dövlətə xəyanət, satqınlıq ittihamlarından yayınsın".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:30 / 09.01.2022
Tofiq Zülfüqarov: "Kreml buna qarşı çıxa bilməz" - FOTO
Hazırda oxunan: Tofiq Zülfüqarov: "Kreml buna qarşı çıxa bilməz" - FOTO
Hazırda oxunan: Tofiq Zülfüqarov: "Kreml buna qarşı çıxa bilməz" - FOTO
54525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.