“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

Hazırda oxunan: “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik edilir

54442
"Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişiklik təklif olunub.

Sfera.az bildirir ki, bununla bağlı Azərbaycan prezidenti tərəfindən təklif olunan layihədə qanunun 8-ci (Toplantının qadağan edilməsi və ya dayandırılması) maddəsinin VIII (Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə Fövqəladə vəziyyət haqqında müəyyən edilmiş qaydada məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər) hissəsində "Fövqəladə” sözündən sonra "və ya hərbi” sözləri əlavə edilir, eyni zamanda ""Fövqəladə vəziyyət haqqında” qanunla müəyyən edilmiş qaydada” sözləri ""Fövqəladə vəziyyət haqqında” və "Hərbi vəziyyət haqqında” qanunlara uyğun olaraq” sözləri ilə əvəzlənir.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO