"Bu sanksiya ilk dəfə bir NATO üzvü olaraq ölkəmizə tətbiq olundu. Bu necə ittifaqdır? Bu qərar, ölkəmizin suveren hüquqlarına edilən ictimai bir hücumdur".
Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan danışarkən deyib.
“Bizə səbəb kimi Rusiyadan aldığımız S-400 hava müdafiə sistemini göstərirlər. Bəs, Türkiyə niyə bunu etdi? Çünki ABŞ əlindəki hava hücumundan müdafiə sistemlərinin uzun müddət ölkəmizə satılmasına icazə vermədi”.
Türkiyə prezidenti qeyd edib ki, ABŞ-ın əsas məqsədi ölkəmizin son zamanlarda müdafiə sənayesində başlatdığı nailiyyətləri əngəlləyərək yenidən onlardan tamamilə asılı vəziyyətə gətirməkdir:
“Bunu öz hesabatlarında açıq şəkildə bildirirlər. Müdafiə sənayesini inkişaf etdirmək üçün əvvəlkindən daha çox çalışacağıq. Belə bir vəziyyətlə ilk dəfə qarşılaşmırıq. 1974-cü ildə oxşar sanksiyalara məruz qaldıq. Bundan sonra müdafiə sənayesinin əsasını qoyduq. Bir daha deyirik ki, bu şarkı burada bitməz”,- deyə o, bildirib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:57 / 16.12.2020
Ərdoğan ABŞ-a səsləndi: - ''Bu şarkı burada bitməz!''
Hazırda oxunan: Ərdoğan ABŞ-a səsləndi: - ''Bu şarkı burada bitməz!''
Hazırda oxunan: Ərdoğan ABŞ-a səsləndi: - ''Bu şarkı burada bitməz!''
5429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.